Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni məşhurluqdan şikayətlənib:
“Eurovision”dan sonra iki il Bakıda küçədə gəzə bilmirdim. Məşhurluq gözəldir, amma bezirəm. Mən azad ruhlu qadınam. Müsabiqədən sonra həyatımdakı yeganə dəyişiklik daha çox səyahət etməyim, mahnı oxumağım və insanların məni tanımağı oldu. Digər heç bir xüsusiyyətim dəyişməyib".
Nigar türkiyəli ifaçı Atiyə ilə duet oxumaq istədiyini də bildirib.