Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Nikosayağı”nın həyat yoldaşı: “İki qardaş belə vidalaşmaq istəməzdi”
“Bu həyatda ən acı günləri yaşayırıq”.
Bu sözləri ağır qəza törədən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin həyat yoldaşı Heyran Şakirli “Instagram” hesabında yazıb.
“Tək Allah bilir ki, biz dost yox, Ruslanı bir qardaş kimi, əmi kimi ailəmizdən biri olaraq itirdik. Mən əminəm ki, iki qardaş belə vidalaşmaq istəməzdi. Allah sənə rəhmət eləsin, qardaşım. Ailənə və bizə səbir versin”, - deyə o qeyd edib.
Qeyd edək ki, Bakıda, Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. “Nikosayağı”nın isə sağ qolu amputasiya olunub.
Mövzuya aid xəbərlər
- Dostu “Nikosayağı” və Ruslanın ailələri arasında mübahisə yaranması iddiasına aydınlıq gətirdi
- “Nikosayağı”nın törətdiyi qəzada həyatını itirən biznesmen oğlu dəfn edildi - FOTO
- “Nikosayağı”nın törətdiyi dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO
- “Nikosayağı”nın qolunu itirdiyi avtoqəzada ölən şəxs biznesmen oğlu imiş - YENİLƏNİB + FOTO/VİDEO
Rəylər