Müğənni Nura Suri “Hər şey daxil” verilişinin qonağı olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, valideynlərin övladlarını qısqanması haqda danışan sənətçi hər zaman oğlanlarının onunla yaşamasını istədiyini bildirib:
“Ana əziyyətlə uşaq böyüdüb, sonra tək qalmalıdır? Elə şey olmur. Mənim həyat yoldaşım ölüb, yoxdur. Mən tək qalmalıyam? 3 oğlum var, onlara da demişəm, yekə villa olmalıdır, hamımız orada yaşamalıyıq. Mənim üçün belə yaxşıdır. Gecələr övladım üçün yuxusuz qalmışamsa, qocalanda da oğlanlarım mənə baxmalıdır”.
E.Ə.
www.oxu.az