Sizə Nurlan Növrəslinin fevralın 14-ü “Beynəlxalq Sevgililər Günü”ndə təşkil olunacaq konserti barəsində məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, gənc müğənninin Heydər Əliyev Sarayında verəcəyi konsert təxirə salınıb.
Buna səbəb isə onun səhhətində yaranan problemlərdir.
N.Növrəsli bu haqda Oxu.Az-a açıqlama verib:
“Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları ilə bağlı Rusiyaya səfər etmişdim. İki gündür, vətənə dönmüşəm. Lakin orada bir az soyuqladım, indi özümü narahat hiss edirəm. Ona görə də konserti müvəqqəti təxirə salmalı oldum. İnşallah, may ayında gözlənilən konsert baş tutacaq”.
Aytən Sadıqzadə
www.oxu.az