Bu layihənin Azərbaycanda yenilik olmasına baxmayaraq, beynəlxalq praktikada çoxdan istifadə edilir.
Oxu.Az SalamNews-a istinadən bildirir ki, beynəlxalq təcrübəyə əsaslanan layihə Masallı, Xaçmaz, İsmayıllı, eləcə də Bakının Nizami rayonunda realizə ediləcək.
Layihənin məqsədi aztəminatlı ailələrin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsinə və yoxsulluğun aradan qaldırılmasına yönəlib.
Layihə iki - fərdi yardımçı təsərrüfatın inkişafı, eləcə də əmtəə mallarının istehsalı və xidmət sahəsinə əmək fəaliyyəti üçün işçilərin cəlb edilməsi istiqamətində həyata keçiriləcək.
“Özünədəstək” proqramında iştirak edən iştirakçı-ailələr, layihənin şərtlərinə müvafiq olaraq sosial yardım almayacaqlar və qəbul olunan qanunvericiliyə müvafiq olaraq təyin olunmuş müddətdən sonra yoxsulluq statusundan çıxarılacaqlar.