“O ses Türkiye” və “Kapışma” mahnı müsabiqələrindən tanınan ifaçı Osman Can Üstündağ avtomobil qəzası keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə müğənni Onur Akay məlumat verib:
“Gənc müğənni dostumuz Osman Can Üstündağ avtomobil qəzası keçirib. Kartal Təhsil və Araşdırma Xəstəxanasında yatan və vəziyyəti ağır olan dostumuz üçün dua etməyinizi istəyirəm”.
Aytən Sadıqzadə
www.oxu.az