Dekabrın 2-də Nizami Kino Mərkəzində “Oğlan evi: Azərbaycansayağı qarət” filminin təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, filmin ssenarisinə görə, 3 nəfərə Bakıda eyni mənzil satılıb. Qəhramanlar pullarını qaytarmaq üçün, bunu etmiş sahibkarın oğlunun toyunu qarət etmək qərarı verirlər.
Baş rollarını Fərda Amin, Elcan Rəsulovvə İslam Mehrəliyev oynayan “Oğlan evi” filminin rejissoru İlham Qasımovdur.
Ssenari üzərində İ.Qasımovla bərabər Tural Sevdimalı və DJ Fateh işləyiblər. Texniki heyətinin bir hissəsini xarici mütəxəssislər təşkil edən “Oğlan Evi” kinokomediyasının quruluşçu operatoru Mixail Xarçenkodur.
Filmin çəkilişləri bu ilin iyul-avqust aylarında Bakıda baş tutub. 30-dan çox fərqli məkanda çəkilimiş filmin montajı, rəng korreksiyası və səs redaktəsi payızda edilib.
Filmdə həmçinin Abbas Qəhrəmanov, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov, DJ Fateh və aparıcı Mətanət Əliverdiyeva rol alıblar.
Təqdimat mərasimində yaradıcı heyətlə bərabər sənət aləminin tanınmış simaları da iştirak edib.
Aytən Sadıqzadə
www.oxu.az