Yaddan çıxanı, götürməkdən yan keçə bilməyən məşhurlar
Oxu.Az xəbər verir ki, bütün ölkələrin polisləri kiçik qarət hadisəsinin təqsirkarı ulduzlar olanda təəccüblənmirlər.
Oğurluqda yaxalanan məşhurlar:
1. Meqan Foks

Gənc yaşlarında dodaq üçün parıltını oğurlamağa çalışıb. Meqan Foks üçün həddən artıq xoşagəlməz insidentdən sonra ona hətta Walmart universamlarına girməyi belə qadağan ediblər. Bu başıbəlalı oğrunu mühafizəçilər kamera vasitəsilə aşkarlayıblar.
2. Keşa

Musiqili karyeranın əvvəlində fasilələrdə səsyamalara gedən və şəxsi mahnılarını yazan Kesha-e ofisiant işləyib. Pulun dəhşətli dərəcədə çatışmadığı zamanlarda ərzaq mağazalarından kiçik oöurluqlar etməsini müğənni özü etiraf edib.
3. Vaynona Rayder

Vaynonanın törətmək istədiyi qarət də kiçik qarət hesab edilməz: kameralarda müğənninin 5000 dollarlıq geyim və bəzək əşyalarını etiketlərini kəsərək sumkasına qoyması qeyd edilib. Mağaza sahibləri o qədər qəzəbləniblər ki, hadisəni mümkün qədər işıqlandırılmasına və hətta aktrisanın həbs olunmasına belə səy göstəriblər.
4. Ferra Fosett

Ferra, qarətdə ittiham və cərimələr ilə nəticələnən çox xoşagəlməz hadisə ilə rastlaşıb. Aktrisanın sözlərinə görə, mağaza onun əyninə olmadığı üçün geri qaytardığı paltarın pulunu ödəməkdən boyun qaçırıb. O zaman Ferra əddaləti bərqərar etmək fkrinə düşüb, və ona ödənilməsi nəzərdə tutulan məbləğdə paltarı oğurlamaq fikrinə düşüb, məhz bunu edərkən saxlanılıb.
5. Amanda Bayns

Aktrisa Amanda Bayns dəfələrlə ya şlyapa, ya da köynəyin pulunu ödəməyi unudaraq şıxarması qeydə alınıb. Belə unutqanlığı narkotiki və spirtli içkilərdən istifadə ilə əlaqələndirmək olar.
6. Britni Spirs

Britni Spirs yalız mahnıları və “Qremmi”ləri ilə məşhur deyil, eləcə də müxtəlif dəyərə malik əşyaları mağazalrdan oğurlaması ilə məşhurdur. Bu 200 dollarlıq köynəkdə ola bilər, birədəflik istifadə üçün alışqan da.
7. lindsey Loxan

Lindsey Loxan tamaşaçılarına özü barədə müntəzəm olaraq yalnız uğurlu rolları ilə yanaşı həmdə butiklərdən oöurluq və oğurluqları ilə də xatırladır. 2500 dollarlıq boyunbağı oöurluğu da böyük səs-küyə səbəb olmuşdu. Mağaza sahibi iddia edir ki, çoxsaylı bəzək əşyalarını yoxlayan məşhur onlardan biri ilə mağazadan çıxmaq istəyib.
8. Kortin Lav
Yeniyetmə olduğu zaman, Kortni köynək oğurluğu üstündə yaxalanıb, o, Hillkrest gənclər üçün cəzaçəkmə müəssisəniə (Hillcrest Youth Correctional facility) yollanmalı olub. Sonra isə daha böyük qalmaqal baş verib, o, 100 000 dollar məbləğində zərgərlik məmulatınin ödünc alaraq zamanında geri qaytarmayıb.
9. Bruk Börk
Aktrisa Bruk Börk əri Devid Çarvet ilə xoşagəlməz hadisə ilə üzləşiblər. Onları Euroconcepts Inc əməkdaşından, 70 000 dollar məbləğində oğurluq məişət texnikası almaqda ittiham ediblər.
10. Cenifer Kapriati
Onun ilk kriminal epizodu zərərsiz olub, - o, çoxlu sayda üzüyə baxdıqdan sonra birini barmağında unudaraq çıxışa yollanıb. Bəzək əşyasının qiyməti cəmi 15 dollar olduğu üçün Ceniferin onu sadəcə çıxarmağı unutması iddiası inanılmaz səsələnmirdi.
E.Ə.
www.oxu.az