Hindistanda keçirilən "İndiasBestCineStarKiKhoj" müsabiqəsinin qalibi, tanınmış rəqqasə Oksana Rəsulovadan xəbər var.
Oxu.Az-a açıqlama verən rəqqasə bildirib ki, Hindistanın tanınmış fotoqrafı Avinaş Govarikerinlə birgə etdirdiyi fotosessiya işıq üzü görüb:
“Hindistanda yeni fotosessiya etdirdim. Həmin şəkillərdə 5 obrazdayam. Çəkilişlər yüksək səviyyədə keçirildi. Şəkillərimi lentə alan fotoqraf Şahrux Xan, Salman Xan, Amir Xan, Ayşvariya Ray kimi hindistanlı ulduzlarla işləyib”.
Qeyd edək ki, O.Rəsulovanın yeni fotosessiyada obrazını stilist MalvikaTalvar, vizajisti-make-up Vipul Bhagat bəzəyib.
Aytən Sadıqzadə