ATV-də rəhbərlik dəyişdirildikdən sonra işdən azad edilən və ölkəni tərk etdiyi deyilən aparıcı Azər Zahid vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, teleaparıcı sosial şəbəkədə həyat yoldaşı ilə fotoşəklini paylaşaraq, Bakıya geri dönməsi ilə bağlı şərh yazıb.
“Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Ölkəmi cox sevirəm. Bu gün ölənədək sevəcəyim gözəl şəhərimə qayıtdım. Hava limanında hər kəs mənə qəribə baxırdı”, - deyə o qeyd edib.

A.S.
www.oxu.az