“Oskar” təşkilatçılarının ən yaxşı filmin adı elan edilən an yaşanan anlaşılmazlıq tədbirin son yanlışı olmayıb.
Oxu.Az-ın “Variety” nəşrinə istinadla məlumatına görə, mərasimdə nümayiş etdirilən xatirə çarxında səhvən hələ sağ olan şəxsin şəkli də göstərilib. Dünyasını dəyişmiş geyim üzrə rəssam Canet Pattersonun şəklinin əvəzinə, ekranda avstraliyalı kinoprodüser Yan Çapmanın şəkili təqdim edilib.
Mərasim təşkilatçıları səhvlərini şərh etməyiblər, amma Çapman bu barədə öz fikrini bildirib. Bu diqqətsizlik onu məyus edib.
“Mən ekranda dostumun və həmkarım Cannet Pattersonun şəkilinin əvəzinə, öz şəkilimi görəndə içimdə bir boşluq yarandı”, - Çapman deyib.
Xatirə çarxında dünyasını dəyişən məşhurların adı çəkilib, bura ölümündən elə də uzun müddət keçməyən Kerri Fişer, Prins və digərləri aiddir.
A.S.
www.oxu.az