“Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Riçard Almeyda AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşüb.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib.
Bu il Riçard Almeydanın Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alaraq AFFA müvafiq hüquqi prosedurlara başlayıb.
E.Ə.
www.oxu.az