Türkiyənin məşhur sənətçisi Özcan Deniz rejissoru olduğu “Sevimli tehlikeli” filminin baş qəhrəmanları Şükrü Özyıldız və Ayça Ayşin Turan ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək qala gecəsinə qatılmaq üçün Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, fevralın 23-də təqdim olunacaq Özcan Denizin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Edirnədə bir qızı beşikdəykən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur.
Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok, qızı yenidən qaçırıb gerçək ailəsinə qaytarmaq qərarına gəlir.
Bu yolda onu eşq dolu macəralar gözləməkdədir.
Özcan Deniz bu filmində də sevgi, romantizm və dram elementlərini önə çəkib.
Film Avşar film və DNZ filmin ortaq işidir.
Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Aytən Sadıqzadə
www.oxu.az