Müğənni Elnarə Xəlilova yeni beynəlxalq layihədə Azərbaycanı təmsil edəcək.
Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, TRT Avaz telekanalının hazırladığı layihənin məqsədi Türk dünyasının tanıdılmasıdır. Layihə çərçivəsində “Avaz” adlı mahnı yazılıb. Bəstəni türk dövlətlərindən olan ifaçılar səsləndirəcəklər. Təşkilatçılar Azərbaycanın siması kimi Elnarəni seçiblər.
Bir neçə gündən sonra yaradıcı heyət klip çəkilişləri üçün Bakıya gələcək. Bakının müxtəlif tarixi məkanlarında Elnarə üçün klip lentə alınacaq. Kliplə mahnı TRT Avaz və bütün türk xalqlarının telekanallarında yayımlanacaq, eləcə də radio dalğalarında səsləndiriləcək.