Müğənni, aktyor Özcan Dəniz aktrisa Nurgül Yeşilçay ilə birlikdə baş rolda oynadığı “İkinci şans” filminin çəkilişlərinin bitməsindən sonra özündən 21 yaş kiçik sevgilisi Busə Narcı ilə yay tətilinə yollanıb.
Oxu.Az xəbər verir ki, Mərmərədə istirahət edən cütlük ötən gün gəmi gəzintisi ilə yunan adalarına gedib.
Bu haqda Türkiyə mətbuatında məlumat yer alıb.
Busə Narcı səyahət zamanı çəkilmiş kadrlardan birini İnstaqram səhifəsində paylaşıb.
Xatırladaq ki, mart ayında Dənizlə Narcının ayrılıq xəbərləri yayılmışdı.
Aytən Sadıqzadə
www.oxu.az