Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında “Qarşıdurma” şüarı ilə yayımlanan “Maşın” şounu tərk edən növbəti məşhurun adı məlum olub.
Oxu.Az xəbər verir ki, verilişin qaydalarına görə, iştirakçılar müğənni Səidə Sultanı SMS səsverməsinə çıxarıblar.
O, səs topladığı təqdirdə aktrisa Pərvin Abıyevanı oyundan uzaqlaşdıracağını bildirib.
Sonda tamaşaçıların səsverməsi ilə Səidə Sultan 70,21 faiz səs yığaraq proqramda qalıb. İfaçı aktrisa P.Abıyevanı verilişdən kənarlaşdırıb.
Qeyd edək ki, veriliş hər gün axşam saat 22:00-da efirə çıxır.
Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan M.M., aparıcı Azər Zahid, jurnalist Vüqar Vüqarlı, rejissor-aktyor Sərxan Kərəmoğlu, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.
S.B.
www.oxu.az