“Playboy” modeli İrina İvanova Amerika Birləşmiş Ştatları və Rusiya arasında get-gedə artan gərginliyi həll etmək üçün maraqlı təklif irəli sürüb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, ukraynalı model iki ölkə arasında yeni sülh səfiri olmaq istəyir. 15 yaşında ABŞ-a köçən İ.İvanova rus-ingilis dilləri üzrə tərcüməçidir. Ancaq əsl şöhrətini “Instagram”da paylaşdığı fotoşəkillərlə qazanıb.
Model sosial şəbəkədə paylaşdığı fotoşəkillərdən birinə “Sizcə Donald Trampın yeni sülh səfiri ola bilərəmmi?” sualını yazıb və pərəstişkarlarından bu mövzuda böyük dəstək alıb.
1987-ci ildə doğulan İrina 2011-ci ildə “Playboy” jurnalında ayın qızı seçilib.
Aytən Sadıqzadə
www.oxu.az