Müğənni Sevinc Ağaşirinova dünən ATV telekanalında yayımlanan “Bığ” şounun qonağı olub.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, sənətçi tamaşaçıları təəccübləndirib. Belə ki, o, belinə canlı ilanı kəmər kimi bağlayıb, efirə çıxıb. Mahnısını da ilanla oynayaraq səsləndirən Sevinc heyvanın ondan başqa heç kimdə sakit qalmadığını bildirib.
Qeyd edək ki, müğənni bir müddət əvvəl ona iki ilan bağışlandığını bildirmişdi. Sevinc ilanı çox sevdiyini və evində saxladığını deyib.