“QOLOS” müsabiqəsinin iştirakçılarından olan Nodar Reviya Bakıda çıxış edəcək.
Oxu.Az xəbər verir ki, gənc müğənninin Beat Group şirkətinin “Jam session” layihəsi çərçivəsində təşkil olunan konserti aprelin 11-i “Opera Sky”da reallaşacaq.
Sözügedən layihənin təqdimetmə mərasimində N.Reviya ilə yanaşı Azərbaycanın “Rast” qrupu da çıxış edəcək.
Aytən Sadıqzadə
www.oxu.az