Müğənni Qven Stefani “Misery” adlı mahnısına çəkilmiş yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, izləyicilər onun ekran işindəki qeyri-adi saç düzümünü və geyimlərini Ledi Qaqanın stilinə bənzədiblər.
Xatırladaq ki, “Misery” mahnısı ifaçının “This Is What the Truth Feels Like” adlı 3-cü albomunda yer alıb.