Türkiyəli müğənni Rafet El Roman növbəti dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, bu haqda tanınmış təşkilatçı Nahid Emiloğlu məlumat verib.
“Məcnun” adlanan konsert sentyabrın 3-də baş tutacaq. Müğənni gecədə yeni albomunda yer alan mahnılarını, eyni zamanda, illərdir dillər əzbəri olan hitlərini səsləndirəcək.
Aytən Sadıqzadə
www.oxu.az