Məşhur Türkiyəli ifaçı Rafet El Roman bu dəqiqələrdə paytaxtımıza qonaq gəlib.
Oxu.Az Show.az-a istinadən xəbər verir ki, hava limanında enən müğənni azərbaycanlı müğənni Ezo ilə sabah 20:00-da Yaşıl teatrda konsert proqramı ilə çıxış edəcək.
Gecədə özəl qonaq Aygün Kazımova olacaq. Rafet El Roman şəxsən özü xalq artistimizi konsertə dəvət edib.