Gənc və istedadlı müğənni ailə həyatı qurmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, Ramal İsrafilov fevral ayının 17-də özünə toy çaldıracaq. Toy məclisi Bakıdakı məşhur şadlıq saraylarından birində baş tutacaq.
Oxu.Az müğənninin qardaşı Valeh bəylə mövzu ilə bağlı əlaqə saxladı:
“Bəli, toy olacaq. Amma toy barəsində əlavə məlumat vermək istəmirik. Vaxt çatanda bütün media nümayəndələri bu barədə xəbər tutacaqlar”.
Aytən Sadıqzadə
www.oxu.az