ATV telekanalında yayımlanan “Onlar” verilişində müğənni Ramal İsrafilovun Aygün Kazımova haqqında “İfa məni qane etmədi” deməsi xalq artistini qəzəbləndirib.
Oxu.Az xəbər verir ki, məsələnin ağırlaşdığını hiss edən bəstəkar- müğənni xalq artistindən üzr istəyib.
A.Kazımova Ramalın üzrxahlıq dolu ismarışlarını İnstagram səhifəsində paylaşıb:
“Haqsızlar öz cəzalarını tapacaqlar. Əslində, mən elə söz demək istəmədim. Aparıcı qızın mənə cümləni birbaşa o cür ünvanlamağına elə də cavab verdim. Amma bilməzdim ki, belə yanlış müsahibə olar. Mənə şans verin, mən indi şounun nə demək olduğunu və kimlərin hoqqalar qurduğunu bilirəm. Onlar sevinir. Sizdən necə lazımdırsa, üzr istəyə bilərəm. Xahiş edirəm, məni öz uşağınız kimi qəbul edin. Sizi heç vaxt heç kimə dəyişmərəm. Allaha and içirəm ki, bu məsələ belə qalmayacaq. Mən efirdə sizdən üzr istəyəcəyəm. İstəsəniz, gələn dəfə müsahibə verib o cür demək istəmədiyimi bildirim. Amma məndən küsməyin, siz çox böyüksünüz”.
A. Kazımova:
“İndi siz söyləyin, onu bağışlamaq olarmı? Yox, canım Ramalım, ehtiyac yoxdur” – deyə, münasibət bildirib.
Aytən Sadıqzadə
www.oxu.az