Model Ramina Abbasova yeni fotosessiya etdirib.
Abbasova Oxu.Az-a fotolayihə ilə bağlı bunları deyib:
“Fotosessiya qərb üslubundadır, məqsədimiz müasir və gözəl şəkillər yaratmaq idi. Çəkiliş qeyri-adi dizaynda olan klubların birində baş tutub. Klubun interyeri avtosalonu xatırladır. Bütün oturacaqlar və otaqlar müxtəlif avtomobil formalarında hazırlanıb. Sadəcə, cazibədar fotosessiya yaratmaq fikrindəydik”.
Fotoların müəllifi Eko Ağalarov isə layihə barəsində fikirlərini belə ifadə edib:
“Biz birlikdə işləməyi çoxdan planlaşdırırdıq və bir neçə dəfə çəkiliş etmişik. Axırıncı fotolayihədə ideya hər ikimizə məxsusdur. Biz həmişə xarici ölkələrdə çəkilən fotolara baxıb onlar kimi peşəkar olmağa çalışırdıq. İndi isə özümüz fərqli çəkilişlər edirik ki, digər ölkələr də bizə baxıb nə isə öyrənməyə çalışsınlar. Zənnimcə, bu sahə ölkəmizdə gündən-günə daha da inkişaf edir”.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər