Amerika Birləşmiş Ştatları Avropa İttifaqına Transxəzər qaz kəməri layihəsinin realizəsində tam dəstək göstərir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ energetika naziri Ernest Morits bəyan edib.
“Biz Avropaya alternativ yanacaq mənbəyi kimi Xəzər qazının çatdırılmasını tam olaraq dəstəkləyirik. Avropa Komissiyası enerji təhlükəsizliyinə dair həssas irad irəli sürüb, bu, həm də Avropaya yanacaq çatdırılmasının bazar tənzimlənməsinə və diversifikasiyasına da aiddir”, - o deyib.