Müğənni Rəhim Rəhimli şou-biznesdə olan həmkarlarının İnstagram-da paylaşdıqları fotolardan danışıb:
Müğənnilər var ki, yatağında, geyinərkən, soyunarkən, yemək yeyərkən şəkillərini çəkdirib İnstagram-a yerləşdirirlər. İstəyirlər hər kəs onların içini bilsin.
Oxu.Az xəbər verir ki, Publika.az-ın məlumatına görə, müğənni ATV kanalında qonaq olarkən, belə deyib. Müğənni heç vaxt İnstagram-dan belə vasitə üçün istifadə etmədiyini bildirib:
“Kimin nəyinə lazımdır mən hansısa beşulduzlu oteldə oturub dincəldim, kələm dolması yedim və s. Mən yalnız yaradıcılıq fəaliyyətimlə bağlı sosial şəbəkədə şəkillər paylaşa bilərəm”.