Reper Dado konsert verəcək.
Oxu.Az xəbər verir ki, konsert fevral ayının 14-də paytaxt klublarının birində baş tutacaq. Konsertdə eyni zamanda DJ Rado da çıxış edəcək.
Qeyd edək ki, Dado adı ilə məşhurlaşan reperin əsl adı Əliyev Səid Tofiq oğludur. O, 25 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Dado dinləyicilərə və oxuculara “Ürəyimdəsən”, “O qız” ,“Gecə həyatı” və digər repləri ilə məşhurdur.

Aytən Sadıqzadə
www.oxu.az