Reper DMX Nyu-Yorkda huşunu itirmiş halda tapılıb, bu barədə The Guardian məlumat yayıb.
Musiqiçini Ramada Inn otelinin parkinqində aşkar ediblər.
İfaçının yaxını bəyan edib ki, reperin astma tutması var. Mənbələrdən biri isə musiqiçini əslində dozadan artıq narkotik qəbul etdiyi üçün huşunu itirdiyini iddia edib.
Musiqiçi xəstəxanaya yatırılıb, artıq lazımi prosedurlar həyata keçirilib.
DMX-nin əsl adı Erl Simmonsdur. O, bir çox məşhur həmkarları ilə çalışıb, onların sırasında Cey Zi və Eminem olub. Son illərdə artistin qanunla problemləri olub, o həmçinin psixi xəstəliklər problemi ilə də üzləşib.
Şənbə günüdə reper Pensilvaniyada konsertlə çıxış etməldir.