Göygöl rayonunda mənzilə basqın edən şəxs ər və arvadı döyüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərdə evə girən şəxs ev sahibinin onu gördüyünü hiss edib, yaxalanmamaq üçün ər və arvada zərbələr endirib.
Xəsarət alan qadın - 1977-ci il təvəllüdlü Quliyeva Aynurə başın əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.