SOCAR Rusiyada “Rosneft”in (MOEX: ROSN) aktivləri sırasına daxil olmaq imkanlarını öyrənir.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.
“Bir neçə həftə ərzində (sənədlərin imzalanması) mümkündür. Aktivlərin adı var, amma namizədi çoxdur, hamı “Rosneft” ilə əməkdaşlıq etmək istəyir”, - SOCAR rəhbəri Rövnəq Abdullayev “IP Week” çərçivəsində “Rosneft”in rəhbəri İqor Seçin ilə danışıqların yükunları üzrə jurnalistlərə bildirib.
“İnterfaks”a vəziyyətdən xəbərdar olan iki mənbədən verilən məlumata görə, SOCAR “Rosneft”dən “Qtb parıltısı” şirkətinin alınması məsələsini öyrənirdi. Şirkət (o cümlədən də ConocoPhillips-in payı) Aleksey və Yuri Xotinlərin şirkəti tərəfindən alındı.
SOCAR-ın “Qütb parıltısı”na olan marağını şərh edən Azərbaycan şirkətinin nümayəndəsi jurnalistlərə “Rusiya üzrə biz bir çox aktivləri nəzərdən keçiririk” deyib.