14 yaşlı model Molli O`Malia 26 yaşlı reper Tayqanı onunla “yolverilməz” əlaqə qurmaq cəhdində ittiham edib.
Oxu.Az xəbər verir ki, o, bu səs-küylü bəyanatı Nyu-Yorkda anası və məşhur vəkil Qloriya Ollred ilə birlikdə gəldiyi mətbuat konfransında edib.
Bundan başqa gənc model və ifaçı onunla musiqiçi arasında seksual əlaqə olduğuna dair bütün yazıları təkzib edib.

Molli həmçinin Tayqanın onunla İnstagram sosial şəbəkəsi vasitəsilə əlaqə yaratdığını da bildirib. O, musiqiçinin ondan telefon nömrəsi istədikdən və görüş təyin etməyə cəhd etdikdən sonra əlaqəsini kəsdiyini iddia edir.


“Tayqa mənə birinci yazıb. O, İnstaqrama ismarış yollayıb. Mən onun kim olduğunu bilirdim, amma onun yazdığına təəccüb etdim. Mən musiqilərimin onun xoşuna gəldiyini düşündüm, amma o mənimlə yaradıcılıq haqqında danışmırdı. Video əlaqə vasitəsilə danışmağı təklif edəndə özümü pis hiss etdim. O, üç dəfə xahiş edib, mən isə razılaşmışrdım. Mən ona cavab vermədim”, -deyə Molli bildirib.



Modelin anası qeyd edib ki, onun 14 yaşlı qızına yazaraq, onun Los-Ancelesə nə zaman gələcəyini soruşmaq düzgün deyil.
Qeyd edək ki, xarici KİV dəfələrlə Tayqanın azyaşlı qızlara laqeyd olmaması barədə yazılar yazıb.

Onun indiki rəfiqəsi Kayli Cennerin 18 yaşı var, amma onların sevgi macərası onun yetkinlik yaşına çatmasından öncə başlayıb. Noyabrda musiqiçi və realiti şou ulduzunun ayrılması məlum olub, daha sonra isə Tayqanın Keyli ilə milad tətillərini keçirdiyi barədə məlumat yayılıb.

Eyni zamanda reper 14 yaşlı müğənni ilə görüş barədə danışmağa cəhd edib.
Aytən Sadıqzadə
www.oxu.az