34 yaşlı amerikalı aktrisa Culiya Staylz (Julia Stiles) ərə getməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, tanınmış aktrisa İnstagram hesabında barmağındakı təkqaşlı nişan üzüyünün şəklini paylaşaraq bu barədə məlumat verib.

Üzüyü ona sevgilisi Patrik Cey Kuk bağışlayıb. Aktrisa Kolumbiyada dəniz kənarında sevgilisi ilə birgə istirahət edərkən qarşı tərəfədən evlilik təklifi alıb.

Cütlüyün eşq macəraları “Go with me” filminin çəkilişləri zamanı başlayıb. Culiya həmin ekran əsərində baş rolu oynayıb. Patrik isə adıçəkilən filmdə operatorun assistenti olub.

Qeyd edək ki, bu, aktrisanın ilk nikahı olacaq. Xarici KİV-də yer alan xəbərlərə görə, cütlük hələ ki, toy tarixini müəyyən etməyib.
Aytən Sadıqzadə
www.oxu.az