Məşhur rusiyalı reper Timatinin (Timur Yunusov) model sevgilisi Valentina İvanovadan qız övladı dünyaya gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "StarHit" nəşri məlumat yayıb.
Qeyd olunur ki, nə V.İvanova, nə də Timati xoşbəxt hadisəni hələlik elan etməyiblər.
Yeni doğulan körpənin adı və digər təfərrüat hələlik məlum deyil.
Məlumat üçün əlavə edək ki, bu, Timatinin üçüncü övladıdır. Sənətçinin əvvəlki münasibətdən iki övladı var: 2014-cü ildə model Alena Şişkovadan qızı Alisa və bloqqer Anastasiya Reşetovadan 2019-cu ildə oğlu Ratmir dünyaya gəlib. Maraqlıdır ki, reper heç vaxt rəsmi nikaha daxil olmayıb.