Tanınmış rusiyalı reper və sahibkar Timatinin (əsl adı Timur Yunusov - red.) adı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (GUR) məxsus "War and sanctions" anti-Rusiya portalının məlumat bazasına salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat dərc edib.
Buna əsas səbəb kimi onun Ukraynadakı müharibəyə və Rusiya hərbi qulluqçularına dəstək verməsi göstərilir.
Bundan başqa, məlumatda sənətçinin 2019-cu ildə hərbi (militari) üslubda geyim kolleksiyasını ictimaiyyətə təqdim etməsi də Ukrayna Silahlı Qüvvələrinin diqqətindən kənarda qalmadığı bildirilir.