Məşhur “FHM” dərgisinin Türkiyə buraxılışı oxucuları arasında “dünyanın ən seksual yüz qadını” sorğusunu keçirib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, “Hürriyət”-in məlumatına görə, siyahıda dünyaca məşhur ulduzlar Rihanna və Beyonsun adları çəkilib. Yüz qadın arasında yeganə türk xanımı isə rəqqasə Asena olub.
Adı 51-ci yerdə qeyd olunan Asena bu xəbəri eşitdiyində çox xoşbəxt olduğunu deyib.