Müğənni Rəqsanə İsmayılova aylardır gizlədiyi hamiləlik xəbərinin doğru olduğunu təsdiq edib.
Oxu.Az xəbər verir ki, o, “ATV maqazin onlarla” verilişində övladını itirdiyini ilk dəfə etiraf edib:
“Neçə aydır hər şeydən uzaqlaşmışam. Uşaq dünyaya gətirməyimin sağlamlığıma xeyri var idi. Hamiləliyimi gizli saxlayırdım, çünki Yağmurda çox söz-söhbət olmuşdu. Uşaq dünyaya gələndən sonra açıqlama verəcəkdim.
Ölümdən qayıtdım. Hazırda psixoloq məsləhəti ilə yaşayıram. Özümü qınayıram ki, bir uşağın ölümünə səbəb olmuşam. Gərək bunu Allah mənə verməyəydi”.