Əsas neft hasilatçısı olan ölkələrin mart ayına planlaşdırılan görüşü aprel ayına təxirə salınıb.
Bu barədə Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Xatırladaq ki, bir müddət əvvəl İranın neft naziri Bijan Namdar Zanaqa bildirmişidi ki, ölkəsi neft hasilatını gündəlik 4 milyon barel hasilat həddinə çatdıqdan sonra donduracaq.
Qeyd edək ki, bu xəbərdən sonra dünya bazarında neftin qiymətləri aşağı düşməyə başlayıb.
Belə ki, hazırda Brent və WTI markalı neftin qiyməti bir barelə görə, müvafiq olaraq 39,27 və 37,50 dollar təşkil edir.
Ülviyyə R. Əli
www.oxu.az