Bayraq günü münasibəti ilə müğənni Rəqsanə İsmayılova qızı Aysun ilə Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə olub.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, konsert proqramı ilə çıxış edən müğənni əsgərlərlə birlikdə eyni süfrə arxasında əyləşərək nahar edib.
“Əsgərlərlə birlikdə olmaq çox xoş idi. Onlar bizim balalarımızdır. Onlarla birlikdə əyləndik, oxuduq-oynadıq, nahar etdik. Vətənimizin keşiyini çəkən əsgərlərimizin qarşısında çıxış etmək sənətçi olaraq hər birimizin borcudur”-, deyə ifaçı bildirib.
