“Təranə Səmədovanın böyük qızı Suelin imtahanları başlayır. Çox savadlı, ağıllı uşaqdır. O, altı aydır ki, evimdədir. Ona söyləmişəm ki, son bir dəqiqəyə qədər hər zaman yanında olacağam. Kiçik bacısı Adel də yanımda idi. Sadəcə yaşı az olduğuna görə qanunlarımız icazə vermədi ki, o da yanımda qalsın. Altı ay Adel yanımda qaldı sonra isə sığınacağa yerləşdirildi. Görək, anaları Təranə Səmədovanın irəliləyən zamanda həyatı necə olacaq”.
Bizim.media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu verilişlərin birində deyib.
Sənətçi dövlət qurumlarına müraciət edərək bildirib ki, hazırda həbs həyatı yaşayan prodüser Təranə Səmədovanın iki qızı Suel ilə Adeli himayəsinə götürmək istəyir:
“Dövlət qurumlarına müraciət edirəm və çox istəyirəm ki, hər iki uşaq yanımda qalsın, mən onları saxlayım. Anaları azadlığa çıxana qədər uşaqlar mənim himayəm altında böyüsünlər. İstəmirəm ki, onlar nədənsə korluq çəksinlər, problemlərlə üzləşsinlər. Onları öz övladlarımdan belə ayırmıram. Övladlarım üçün nə alınırsa, Suelə də, Adelə də bunlar olunur”.
Rəqsanə üzünü Təranəyə tutaraq ona müraciət ünvanlayıb:
“Təranəyə efir vasitəsilə demək istəyirəm ki, sən yaxşı qızsan. Hər bir qadının həyatında hər şey baş verə bilər. Mənim də həyatımda çox şeylər baş verib. Amma sən nə qədər sakit olub qanunlarımıza düzgün riayət etsən, mən də sənin yanında olub sona qədər sənə dəstək olaram. Baxmayaraq ki, sən mənə qarşı çox səhvlər etmisən. Biləsən ki, sənin qızını elə böyüdürəm ki, gələcəkdə o, universitetə qəbul olacaq, onun ailəsi olacaq. O mənə yox, sənə arxa olacaq.
Həyatdır, bəlkə də heç zaman, Təranə, səninlə üz-üzə gəlməyəcəyik, amma sən mənim övladlarına etdiyim bu yaxşılığa görə anama və atama can sağlığı arzulayıb deyəcəksən ki, nə yaxşı ki, sən uşaqlarımı himayənə götürdün”.
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.
Rəqsanə Təranə Səmədovanın uşaqlarını himayəsinə götürmək istəyir - VİDEO
Rəylər