Ötən gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılovanın ilk solo konsertində geyindiyi libaslar və bir sıra təşkilati işlər qızı Aysun İsmayılovaya məxsusdur.
Oxu.Az xəbər verir ki, bu barədə Lent.az-a Rəqsanənin özü bildirib:
“Konsertdə geyindiyim geyimlərin müəllifi qızım Aysundur. Konsertə bir çox müğənniləri də o çağırmışdı. Çünki mən Bakıda yox idim. Konsert keçirilən gün paytaxta gəldim. Düşünürəm ki, pis konsert olmadı”.
Konsertdən sonra Aysun Lent.az-ın fotokameraları önünə keçərək fərqli pozalar verib.
Qeyd edək ki, Aysun Moskva Kooperasiya Texnikumunda təhsil alır. O, nişanlıdır, ailə qurmağa hazırlaşır.