Azərbaycanın məşhur müğənnisi Rəqsanə İsmayılovanın qızı modelyer Aysun İsmayılova Lent.az saytının “Bazarlıq” layihəsinin qonağı olub.
Oxu.Az xəbər verir ki, Aysun müsahibə zamanı anası ilə birlikdə Moskvaya getdiyini bildirib:
“Bildiyiniz kimi mən orada dizaynerlik üzrə təhsil alıram. Hazırda bütün diqqətimi həm təhsilə, həm də yaradıcı işlərimə yönəltmişəm”.
Aysun deyir ki, bir neçə tanınmış müğənni üçün də geyimlər hazırlayacaq:
“Bundan əlavə anamla birgə layihə həyata keçiririk. Ana-bala veriliş aparacağıq. Həmin layihənin çəkilişləri davam edir. Çəkilişlər cəzaçəkmə müəssisələrində baş tutacaq. İnşallah, yaxşı bir veriliş ərsəyə gələcək”.
Aysun bildirib ki, ömründə ilk dəfədir bazarlığa çıxır:
Əslində bu gün bayram bazarlığı edəcəm. Nənəmə də dedim ki, bu gün alış-verişə özüm gedəcəm. Nənəm nəyi alacağımı qabaqcadan mənə deyib. Ona görə də çətinlik çəkməyəcəm.
Bəlkə də inanmayacaqsınız, mən və anam səhər yuxudan duran kimi, yalnız xiyar yeyirik. Sonra da yoqurt. Daha sonra isə yemək. Burdan pomidor, xiyar, alma, armud, gavalı alacam”.
Gənc modelyer hələ ailə qurmağı düşünmədiyini də bildirib:
“Ailə qurmaq mənim üçün tezdir. Çünki bütün sevgimi işimə həsr eləmişəm. Bu dəqiqə mənim sevgim, işimdir. Nə bilim... Bəlkə də ailə quranda yəqin ki, bir xadimə götürərik. Çünki mən iş qadını olduğuma görə, evdə oturub, yemək bişirib, bazarlığa çıxmağa vaxtım olmayacaq. Vaxt çatdırmaram. Yəqin ki, gələcək həyat yoldaşım “kırmaz beni”.