Rihanna Los-Ancelesdə təşkil edilən “Diamond Ball” adlı xeyriyyə tədbirinə qatılıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, barbaroslu pop ulduz yardım fonduna 3 milyon dollar hədiyyə edib. Onun bu addımı dünya mediası və sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Mərasimə dərin dekolteli libasla qatılan ifaçı geyimi ilə də diqqət mərkəzində qalmağı bacarıb.