Rihanna “Sledgehammer” adlı mahnıya çəkilmiş yeni klipini təqdim edib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Çarx tamamən “İMAX” kameraları ilə çəkilmiş ilk musiqili videodan ibarətdir.


“Bu inqilabi texnologiyanı tamamilə yeni ərazini kəşf etmək üçün istifadə etmək olar. Arzu gerçək oldu”, - deyə klipin rejissoru Floriya Siqizmondi bildirib.


Xatırladaq ki, mahnı “Startrek: Sonsuzluq” filminin saundrekti olub.
Aytən Sadıqzadə
www.oxu.az