ABŞ turnesini davam etdirən 24 yaşlı müğənni Rita Ora Los-Ancelesdə konsert verib.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, El Rey Teatrındakı konsertdə səhnəyə metal boz rəngdə mini ətək və transparan köynəklə çıxıb. Rita daha sonra Flying Dragon gecə klubuna gedib.
Oranın konsertdən sonra geyimini dəyişdirməməsi də diqqət çəkib.