İndoneziyanın müdafiə naziri Azərbaycan və Kolumbiya ilə müdafiə sənayesi sahəsində əlaqələrin möhkəmləndirilməsinə dair planlardan danışıb.
Oxu.Az xəbər verir ki, 28 və 31 avqust tarixlərində edilmiş bəyanatlara müvafiq olaraq, nazirlik iki ölkə ilə müdafiə sahəsində, sənaye əməkdaşlığı da daxil olmaqla əlaqələrin genişləndirilməsini planlaşdırır.
Nazirlikdə olan mənbənin sözlərinə görə, Azərbaycan ilə münasibətlər hərbi hazırlığa aid gətirilən avadanlıq və texnologiyalara əsaslana bilər. Eyni zamanda Kolumbiya ilə əməkdaşlıq, hal-hazırda iki tərəf arasında müzakirə mərhələsində olan qarşılıqlı anlayışa dair memoranduma əsaslanacaq.
Qeyd edək ki, İndoneziyanın müdafiə naziri ehtiyatda olan general Ryamizard Ryacududur.
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovdur.