Rəsmi məlumatlara görə, bu ilin birinci yarısında Ukrayna 23 min baş diri iribuynuzlu heyvan ixrac edib, bu isə keçən ilin göstəricilərindən təxminən iki dəfə çoxdur, AgroNews-a “Ukrayna aqrar biznesi klubu”ndan bildiriblər.
Oxu.Az xəbər verir ki, Ukraynanın diri heyvanı üçün əsas ixrac bazarı Misirdir, bu ölkəyə 16,5 min heyvan göndərilib və ya ixrac strukturunda 71% ixrac həyata keçirilib.
İkinci yeri 17% ilə Azərbaycan, üçüncü yeri isə 5% ilə Özbəkistan tutub.