ANS-də yayımlanan “Günə baxan” verilişində aparıcılar Xoşqədəm Hidayətqızı ilə Rövşanə Ağasəfqızı arasında gərginlik yaşanıb.
Oxu.Az xəbər verir ki, R.Ağasəfqızı “Efirdə saçımı yolsam, yıxılsam, ürəyim getsə, verilişimə reytinq gələcək. Ürəkgetmə indi dəbdir. Bazar günü verilişdə Kamranla dava edəcəm, ürəyim gedəcək” deyə, ironiyalı şəkildə həmkarına söz atıb.
X.Hidayətqızı həmkarının bu sözlərinə “Sizin kimi oturub reytinq gözləmirəm. Ürəkgetmə reytinq gətirmir. Mənim layihəm beş ildir reytinq verib, bundan sonra da verəcək. Mənə 80 min insan müraciət edir. ANS-dəki ilk efirim də reytinqdə birinci oldu”- deyə, əsəbi şəkildə cavab verib.