Son günlər şou-biznesdə soyunmaq məsələsi qızğın müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, gənc müğənni Rövşən Civişov ANS PRESS-ə açıqlamasında, kişilərin soyunmasına pis baxmadığını bildirib:
“Əgər kişinin bədəni əzələlidirsə və bədən ölçüləri ona soyunmağa imkan verirsə bunun nəyi pisdir ki? Kişilərin gözəl bədənini nümayiş etdirməsi, diqqəti cəlb eləməsi normaldır. Bu, şou-biznes və model işi ilə məşğul olan kişilərə aiddir. Digər sənət növləri ilə məşğul olanlara aid eləmirəm. Amma təbii ki, tam çılpaq soyunmaqdan söhbət getmir”.
Müğənni əlavə edib ki, özü və həmkarı Zamiqə soyunmaq çox yaraşar:
“Məsələn, Zamiq soyunub fotosessiya eləsə ona çox yaraşar. Elə mənim özümün də normal əzələli bədən quruluşum var, buna görə mənə də çox yaraşar”.