Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Röya geyimi ilə Türkiyə mediasında – FOTO
Əməkdar artist Röya Ayxan yenidən Türkiyə xəbər agentliklərinin manşetlərini bəzəyib.
Oxu.Az xəbər verir ki, ötən günlərdə Bakıda gerçəkləşən “Dosso Dossi Fashion Show” moda layihəsindən yazan “Sabah”, “Hürriyet” kimi xəbər agentlikləri ifaçının gecəyə damğa vurduğunu yazıb.
Bildirilir ki, Röya “Enerji Club”dakı qırmızı geyimi ilə diqqət çəkib. “Azərbaycan üsulu final” adlandırılan gecənin xeyli bəyənilməsi də yazılar arasında yer alıb.
Əməkdar artistin bu layihədə iştirak etməsindən məmnunluq duyması da xəbərlərdə öz əksini tapıb.
Qeyd edək ki, müğənni yaxın günlərdə daha bir konsert verməyə hazırlaşır. O, 5 may tarixində Bakı Konqres Mərkəzinin səhnəsində öz mahnılarını ifa edəcək.
Pərviz Hüseyn
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
Rəylər